Tanzaniya Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda pley-offa yüksəlməyi bacarıb.
Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın yarımmüdafiəçisi Alfons Msanqanın şərəfini qoruduğu yığma qrupdakı 3-cü turda Tunislə 1:1 oynayıb.
Bunun sayəsində Msanqanın komandası ən yaxşı 3-cü kimi pley-off mərhələsinə vəsiqə qazanıb.
"Şamaxı"lı Nigeriya, Uqanda və Tunislə görüşlərdə meydana start heyətində çıxıb, sona qədər də oynayıb.
Tanzaniya pley-offda ev sahibi Mərakeşlə qarşılaşacaq. Görüş yanvarın 4-də keçiriləcək.