AZ

Görünüş məsafəsi məhdudlaşacaq, yollar buz bağlayacaq

BAKI, 2 yanvar. TELEQRAF

Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq, buzlaşma ehtimalı var.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bu gün ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq. Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Eyni zamanda gecə saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimal olunur.

Seçilən
144
1
teleqraf.com

2Mənbələr