AZ

Salah sabiq klubuna keçə bilər

BAKI, 2 yanvar. TELEQRAF

İtaliyanın “Roma” klubu İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salahı heyətinə qatmağı planlaşdırır.

Teleqraf “Tutto Mercato” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 33 yaşlı misirli forvardı mövsümün sonunadək icarəyə götürmək variantını nəzərdən keçirir.

Keçidin reallaşmasında əsas maneə Salahın illik təxminən 24 milyon avro təşkil edən yüksək məvacibidir.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə “Liverpul”un heyətində 20 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2017-ci ildə məhz “Roma”dan “Liverpul”a transfer olunub.

Seçilən
33
teleqraf.com

1Mənbələr