AZ

DOST xidmətlərinin sayı artaraq 162-ə çatıb

Bakı. Trend:

DOST mərkəzlərində göstərilən xidmətlərin sayı yanvarın 1-dənartaraq 160-dan 162-yə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətləəlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Prezident İlhamƏliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıraqanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOSTmərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmətəlavə edilib.

Həmin xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşəxəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsihallarından icbari sığorta ödənişlərinin təyin edilməsi,istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrəarayışlar verilməsi daxildir.

Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və həmin ikixidmət də DOST mərkəzləri tərəfindən göstəriləcək.

Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlətsektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəliklərinəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbarisığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dənDövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdətutur.

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavəedilmiş iki xidmət də bununla əlaqədardır.

Seçilən
114
13
az.trend.az

10Mənbələr