AZ

Belçika İsveçrəyə həkim briqadası göndərəcək

Bakı. Trend:

Belçika İsveçrəyə yanıq üzrə mütəxəssislərdən ibarət briqadagöndərəcək və Kran-Montana kurortunda baş vermiş böyük yanğındaxəsarət alan yeddi nəfəri öz xəstəxanalarında qəbul edəcək.

Trend-inməlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo“X” sosial şəbəkəsində açıqlayıb.

O bildirib ki, Belçika Avropa İttifaqının mülki müdafiəmexanizmi çərçivəsində İsveçrəyə yanıq üzrə ixtisaslaşmış beşnəfərlik tibbi briqada göndərməyi təklif edib. Həmçinin ölkə özxəstəxanalarında ağır yanıq xəsarətləri alan beş pasienti və ortadərəcəli xəsarətləri olan iki nəfəri qəbul etməyə hazırdır.

Avropa Komissiyası daha əvvəl Aİ-nin mülki müdafiə mexanizmininaktivləşdirildiyini və üzv ölkələrin bu mexanizm vasitəsiləİsveçrəyə yardım göstərə biləcəyini açıqlamışdı.

Xatırladaq ki, yanğın 1 yanvar gecəsi İsveçrənin mərkəzindəyerləşən məşhur dağ-xizək kurortu Kran-Montanadakı “LeConstellation” barında baş verib. Hadisə nəticəsində təxminən 40nəfər həlak olub, 115 nəfər isə xəsarət alıb. Polis yanğının terroraktı olmadığını bildirir; ilkin ehtimallara görə, yanğının səbəbibayram şamları və ya fişənglər ola bilər.

Seçilən
39
1
az.trend.az

2Mənbələr