AZ

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV dən azad edilib

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilib.Bizim.Media xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

 

Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2017-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
3
bizim.media

5Mənbələr