2026-cı il ölkədə nə ilidir?
Ölkədə hər il Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən bir sahəyə həsr olunur.Metbuat.az-ın məlumatına görə, Prezidentin 22 dekabr tarixində imzaladığı Sərəncama əsasən, Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Qeyd edək ki, Azərbaycanda 2007-ci ildən etibarən bu ənənə davam edir. Belə ki, ötən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunmuşdu.Nazim / Metbuat.az