AZ

İranda güclü etirazlar - Rəisinin heykəli aşırıldı

İranda etirazlar dördüncü gündür davam edir və azı 36 şəhəri əhatə edir.


Manset.az xəbər verir ki, aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılıb.

Etirazçılar helikopter qəzasında həlak olan keçmiş prezident İbrahim Rəisinin bir neçə gün əvvəl qoyulan heykəlini də aşırıblar.

İran dövlət televiziyasının məlumatına görə, yüksək inflyasiyaya qarşı kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb. İran mediası və hüquq-müdafiə təşkilatları bildirir ki, cümə axşamı ölkənin müxtəlif vilayətlərində baş verən iğtişaşlarda bir neçə nəfər həyatını itirib. Bu, son üç ildə İranda baş verən ən iri sosial etiraz dalğası kimi qiymətləndirilir.

Etirazlara səbəb isə kəskin bahalaşmadır və bəzi bölgələrdə hadisələr zorakılığa keçib.

Seçilən
52
1
manset.az

10Mənbələr