AZ

Benfika Türkiyə klubunun qapısını döyüb DETALLAR

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Trabzonspor"un müdafiəçisi Arseniy Bataqov üçün Avropadan rəsmi təklif gəlib.

Fanat.Az xəbər verir ki, Portuqaliyanın "Benfika" klubu gənc oyunçu üçün "bordo-mavililər"ə 25 milyon avro təklif edib.

 "A Spor"un məlumatına görə, "Trabzonspor" rəhbərliyi bu rəqəmlə razılaşmayaraq futbolçu üçün 40 milyon avro tələb edib.

Tərəflər arasında qiymət fərqi böyük olsa da, danışıqların davam etdiyi bildirilir. Bataqovun çıxışı bir çox skautun diqqətini çəkməyi bacarıb. "Benfika"nın təklifini yeniləyib-yeniləməyəcəyi transferin taleyini həll edəcək. Qara dəniz təmsilçisi ulduz futbolçusunu dəyərindən ucuz satmaq niyyətində deyil.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
fanat.az

2Mənbələr