AZ

Yəmənin Ədən aeroportu Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı gərginliyə görə bağlanıb

Yəmənin Ədən Beynəlxalq Hava Limanında uçuşlar cümə axşamı dayandırılıb. Bu, Fars körfəzi ölkələri – Səudiyyə Ərəbistanı və BƏƏ arasında dərinləşən böhranın son əlaməti kimi qiymətləndirilir.

Aznews.az xəbər verir ki, hava əlaqəsi BƏƏ-yə uçuşlara qoyulan məhdudiyyətlərlə bağlı mübahisə səbəbindən dayandırılıb. Hadisənin dəqiq səbəbləri və məsuliyyət daşıyan tərəf barədə ziddiyyətli versiyalar mövcuddur.

Agentliyin məlumatına görə, husilərin nəzarətində olmayan terminalda sərnişinlər uçuşlarını gözləyirlər.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanındakı mənbənin sözlərinə görə, məhdudiyyətlər yalnız Ədən və BƏƏ arasındakı uçuşlara aiddir, məqsəd isə artan gərginliyi azaltmaqdır. Yəmən Nəqliyyat Nazirliyi isə hər hansı məhdudiyyətin tətbiqini təkzib edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 30 dekabr səhər tezdən məhdud hərbi əməliyyat çərçivəsində çərşənbə axşamı səhər erkən saatlarda Yəmənin Hədraməvt əyalətindəki liman şəhəri Əl-Mükəllaya zərbələr endirib.

Yəməndə artıq 10 ildən çoxdur ki, vətəndaş qarşıdurması davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən dəstəklənən Prezident İdarəetmə Şurası hakimiyyəti bərpa etmək üçün husilərlə mübarizə aparır. İranın dəstəklədiyi husilər isə paytaxt Sənanı və ölkənin şimalını nəzarətdə saxlayır.

Seçilən
27
2
aznews.az

3Mənbələr