AZ

Parisdə Yeni il gecəsi 125 nəfər saxlanıldı

Paris polisi Yeni il gecəsi zorakılıq, vandalizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 125 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti paytaxtın polis prefekturasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, onlardan 33 nəfər qəsdən törədilmiş zorakılıq əməllərinə görə, 15 nəfər zorakılıq və ya əmlakın korlanması məqsədi daşıyan qrup fəaliyyətində iştirak etdiklərinə görə, 10 nəfər psixotrop maddələrin saxlanmasına, 8 nəfər isə narkotik vasitələrdən istifadəyə görə saxlanılıb. Bundan başqa, 5 nəfər kobud təhqirlərə, 5 nəfər partlayıcı maddələrin saxlanmasına görə saxlanılıb, daha 5 nəfər isə barələrində əvvəllər verilmiş həbs orderləri əsasında tutulub. Saxlanılanların ən gənci 17, ən yaşlısı isə 53 yaşındadır.

Paris polis prefekturasından vurğulanıb ki, ötən gecə paytaxt ərazisində heç bir avtomobil yandırılmayıb.

Seçilən
53
9
publika.az

10Mənbələr