Lənkəranda evdə yanğın olub.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində fərdi yaşayış evində qeydə alınıb.
İlkin məlumata görə, Samir adlı şəxsə məxsus olan fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.
Faktla bağlı araşdırma aparılır.