ABŞ-nin Alyaska ştatında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Ankoric şəhərindən 535 km şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.