AZ

Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib

Dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb edilmiş podratçılarına layihənin dəyərinə aid edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilib.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) - dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə ƏDV-dən azad edilib.

Dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq ƏDV-dən azad edilib.

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq ƏDV-dən azad edilib.

"Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun

Aşağıda göstərilən hallarda və müddətlərdə "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanuna uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı gömrük rüsumlarından azad edilib:

dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən – "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;


dövlət-özəl tərəfdaşlığı müqaviləsində gömrük güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Seçilən
32
4
anews.az

5Mənbələr