AZ

Qurban Qurbanov rəhbərlikdən nə istəyib? - "Qarabağ"ın planı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qış planı üzə çıxıb.

Təcrübəli mütəxəssis rəhbərlikdən 3 yeni transfer istəyib. Bu barərə Sportinfo yazır.

ÖlkəAz xəbər verir ki, o, mərkəz hücumçusu, mərkəz müdafiəçisi və cinah yarımmüdafiəçisi mövqelərini gücləndirəcəyi barədə onları məlumatlandırıb. Qurbanovun fikrincə, hazırkı heyətə müəyyən qədər rotasiya lazımdır.

Qeyd edək ki, "Qarabağ"ı Çempionlar Liqasında iki vacib qarşılaşma - "Ayntraxt" və "Liverpul"la oyun gözləyir. Ağdam təmsilçisi yanvar ayında öncə Bakıda almanları qəbul edəcək, ardınca İngiltərə səfərinə yollanacaq.

"Atlılar" 6 tura 7 xal toplayıb və ümumi turnir cədvəlində 22-ci pillədə yer almaqdadır. Əsas mərhələni ilk "24-lük"də bitirənlər pley-offa vəsiqə qazanacaq.

Seçilən
166
5
olke.az

6Mənbələr