AZ

"Zirə"li Afrika Millətlər Kubokunda ehtiyatda qaldı

“Zirə”nin legioneri Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 3-cü tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Kamerunla qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

İlk iki turda start heyətdə meydana çıxan və sona qədər oynayan Rikardo Martines bu matçda iştirak etməyib. 30 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb.

Kamerun 2-ci yerin sahibi, Mozambik millisi isə ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəlib.

Seçilən
6
5
sportinfo.az

6Mənbələr