AZ

Putinə hücum cəhdi: məsələ Ukrayna deyil, Türkiyədir! – Selvidən sensasiya

“Putinin iqamətgahına hücum cəhdinin arxasındakı qüvvələr konflikti Avropaya yaymaq istəyirlər”. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi yazıb.

O iddia edib ki, Rusiya–Ukrayna qarşıdurmasını başladan qüvvələr bunun bitməməsinə və Avropaya yayılmasına çalışırlar.

Ekspert xatırladıb ki, Rusiya və Ukrayna İstanbulda razılığa gələndə Böyük Britaniya Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlardan kənarlaşdırıb.

“ABŞ Prezidenti Donald Tramp Putinə zəng etdi, ardınca Floridada Zelenski ilə görüşdən sonra nələr baş verdi? Putinin iqamətgahına hücum cəhdi həyata keçirildi”, — o yazıb.

Selvi bildirib ki, Ukraynanı dəstəkləyən qüvvələr Türkiyəni Rusiyaya qarşı yönəltmək niyyətindədirlər. O bu baxımdan Moskva ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Seçilən
28
1
editor.az

2Mənbələr