2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Avropa ölkələrindən 207 780 turist səfər edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 104 301 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 34 420 nəfər. Bu, illik müqayisədə 3,8 % çoxdur.
Bundan əlavə, Belarusdan 24 967 nəfər (+2,3 %), Polşadan 10 574 nəfər (+8,3 %), Macarıstandan 4 801 nəfər (+28,2 %), Moldovadan 4 479 nəfər (+0,2 %), Rumıniyadan 3 601 nəfər (+7,6 %), Çexiyadan 3 426 nəfər (+35,1 %), Litvadan 2 776 nəfər (−18,8 %), Bolqarıstandan 2 424 nəfər (-5,6 %) Latviyadan 2 288 nəfər (−12,7 %), Serbiyadan 2 086 nəfər (+5,8 %), Slovakiyadan 1 849 nəfər (−10,3 %), Estoniyadan 1 777 nəfər (+2,7), Xorvatiyadan 1 537 nəfər (+21,6 %), Sloveniyadan 844 nəfər (+32,9 %) Kiprdən 734 nəfər (-5 %), Monteneqrodan 495 nəfər (+34,9 %), Bosniya və Hersoqovinadan 493 nəfər (-2,2 %), Şimali Makedoniyadan 380 nəfər (+39,7 %), Albaniyadan 349 nəfər (−22,1 %) turist gəlib.
11 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 103 479 nəfər turist gəlib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 % çoxdur.