AZ

Beynəlxalq sularda 3 gəmi hədəfə alınıb

ABŞ qüvvələri narkotik daşıdığı iddia edilən gəmiləri beynəlxalq sularda hədəfə alıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) sosial media hesabında verdiyi açıqlamada bildirib ki, 30 dekabr tarixində Müdafiə naziri Pit Hegsethin əmri ilə beynəlxalq sularda 3 gəmi vurulub.

Qeyd olunub ki, kəşfiyyat məlumatları həmin gəmilərin narkotik daşıdığını təsdiqləyib. Hücum nəticəsində gəmilərdə olan 3 nəfər həyatını itirib, digərləri isə dənizə atılıb.

SOUTHCOM-un məlumatına görə, dünən beynəlxalq sularda daha 2 gəmi hədəfə alınıb.

Vurulan bu gəmilərin ABŞ tərəfindən terror təşkilatı kimi tanınan qruplar tərəfindən idarə olunduğu və hücum nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Son zamanlar ABŞ ordusunun Karib dənizi və Sakit okean bölgəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən qayıqlara hücumlar təşkil etməsi və içərisindəki şəxsləri birbaşa hədəf alması beynəlxalq ictimaiyyətdə “məhkəməsiz edam” müzakirələrinə səbəb olub.

Seçilən
76
1
cebheinfo.az

2Mənbələr