Türkiyəli məşhur aktyor Kənan İmirzalioğlunun yeni serialının yayım tarixi bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, "A.B.İ." adlı serial 13 yanvar tarixində başlayacaq.
Kənan İmirzalioğlu və Afra Saraçoğlunun baş rollarında olduğu ekran işi çərşənbə axşamı günləri Bakı vaxtı ilə saat 21:00-da yayımlanacaq.
Beləliklə, "A.B.İ." "Kıskanmak", "Mehmed: Fetihler Sultanı" və "Rüya Gibi" seriallarına rəqib oldu.