AZ

İsveçrənin tanınmış xizək mərkəzində partlayış baş verib, ölənlər var

Bakı. Trend:

İsveçrənin Vallis kantonunda yerləşən məşhur Krans-Montana xizəkmərkəzində partlayış nəticəsində onlarla insan həlak olub, çoxsayda şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Trend xəbər verir ki, hadisəyanvarın 1-də səhər saatlarında "Constellation Bar" adlı məkandabaş verib. Polisin yaydığı məlumata görə, səbəbi hələ məlum olmayanpartlayış nəticəsində güclü yanğın başlayıb. Yüzdən artıq insanınYeni ili bayram etdiyi məkanda baş vermiş hadisə ilə əlaqədarxilasetmə xidmətləri və helikopterlər əraziyə cəlb olunub,yaxınları barədə məlumat almaq istəyənlər üçün qaynar xəttyaradılıb.

İsveçrənin ən tanınmış dağ-xizək mərkəzləri sırasında yer alanKrans-Montanaya qış mövsümündə hər il çox sayda turist axın edir.Buna görə də baş vermiş hadisə yerli və xarici mətbuatın diqqətmərkəzindədir.

Günorta saatlarında polis və digər orqanlar hadisə ilə bağlıgeniş mətbuat konfransı keçirəcəklər.

Seçilən
33
2
az.trend.az

3Mənbələr