Məşhur astroloqların sözlərinə görə, 2026-cı il sevgi və münasibətlərdə dəyişiklik, emosional yetkinlik və yenidən qiymətləndirmə ili olacaq.
Bizim.Media 2026-cı ildə bürcləri romantik münasibətlərdə nəyin gözlədiyini təqdim edir:
Sevgi və yeni münasibətlərə daha açıq ola biləcək bürclər
Şir
Astroloqlar 2026 cı ili Şirlər üçün həm sevgi, həm də karyera baxımından uğurlu il hesab edir.
Gözlənilməz tanışlıqlar uzunmüddətli münasibətlərə çevrilə bilər.
Oxatan
Azadlıq və macəra sevərlər üçün bu il romantik tanışlıqlar və ciddi münasibətlər üçün əlverişli olacaq. Səfərlər və yeni mühitlər sevgi fürsətləri gətirə bilər.
Buğa
Buğalar üçün 2026-cı il harmoniya və sabitlik ili olacaq. Münasibətlər dərinləşə bilər və bu il ciddi qərarlar, o cümlədən evlilik üçün əlverişlidir.
Romantik münasibətlərdə irəliləyiş gözlənilən bürclər
Xərçəng
Keçmiş travmaları aşaraq yeni sevgi və daha sağlam münasibətlərə hazırlaşacaqlar.
Tərəzi
Həm yeni sevgi, həm də mövcud münasibətlərdə daha dərindən bağlılıq müşahidə olunacaq.
Dolça və Balıq
Hər iki bürc üçün 2026 da xüsusi sevgi fürsətləri olacaq: müxtəlif mədəni mühitlərdən tanışlıqlar və anlayışlı, dəstək verən partnyorlarla münasibətlər qurmaq mümkün ola bilər.
Münasibətləri dərinləşdirəcək və ciddi qərarlar ala biləcək bürclər
Qız
Münasibətlərdə balans və emosional dərinlik artacaq. Bəzi Qız bürcləri əlaqələrini uzunmüddətli bağlılığa çevirə bilərlər.
Oğlaq və Əkizlər
Rədd edilmə və çətinlikləri aşdıqdan sonra ciddi, qarşılıqlı addımların atılması ehtimalı yüksəkdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta