AZ

“Şuşanı sonuncu dəfə 17 18 yaşım olanda görmüşdüm” Vaqif Sadıqov niyə belə dedi?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci illə vidalaşdıq, 2026-cı ili qarşıladıq.Maraqlıdı, bəs, bu il hansı önəmli hadisələrlə xatırlanacaq?Bu sualıı təcrübəli mütəxəssis Vaqif Sadıqova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Əlbəttə, ilk ağla gələn “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması və burda ölkəmizi layiqincə təmsil etməsidi. Çempionumuz bu mərhələdə dünyanın nəhəng komandalarından xal və xallar almağı bacardı. Düzdü, ilin sonuncu matçı istədiyimiz kimi alınmadı - “Ayaks”a uduzduq. Halbuki bu oyun üçün “Qarabağ”dan gözləntilər daha yüksək idi. Komandamıza inanırıq. Ümid edirik ki, yeni ilin ilk ayında qazanılacaq uğurlar sayəsində pley-off mərhələsində çıxış edə biləcəklər. Məhz özümə gəlincə, bu yaxınlarda işğaldan azad olunan ərazilərə səfər etdim. Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada oldum. Şuşanı sonuncu dəfə 17-18 yaşım olanda görmüşdüm. Zəfər Gününün 5-ci ildönümünə həsr olunan möhtəşəm parad keçirildi. Paradda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevayla yanaşı, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak etdi. Çox möhtəşəm görüntülər idi”.

KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
2
icma.az

3Mənbələr