Azərbaycanda yanvarın 1-i saat 11:00-a olan məlumata görə, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qar yağıb, külək bir sıra bölgələrdə güclənib.
Milli Hidrometeorologiya Xidmətinin bildirdiyinə görə, qar örtüyünün hündürlüyü Şərurun Biçənək qəsəbəsində 29 sm, Qaxın Sarıbaş kəndində 17 sm, Qusarda 12 sm, Gədəbəydə 7 sm, Şahbuzda 6 sm, Sədərəkdə 5 sm, Xınalıq və Qrızda 4 sm, Şəki, Xaltan, Şahdağ və Culfada 1 sm təşkil edib.
Qərb küləyinin maksimal sürəti Mingəçevirdə 26 m/s, Bakıda və Abşeron yarımadasında 24 m/s, Şahdağda 20 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında +4°C, Aran rayonlarında +2°C, Naxçıvan MR və dağlıq ərazilərdə isə -7°C qeydə alınıb.