AZ

2026-cı ildə idmançılara hansı maddələr qadağan edilib?

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2026-cı il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə tanış olmaq üçün www.amada.az/doping-nezareti/qadagan-edilmis/ linkinə keçid edə bilərsiniz.

Qabil YUSİFOĞLU

XQ

Seçilən
17
23
xalqqazeti.az

10Mənbələr