Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hollandiyanın paytaxtı Amsterdamda yerləşən tarixi Vondelkerk kilsəsində Yeni il gecəsi böyük yanğın baş verib və binanın qülləsi çöküb.Bakupost.az “NL Times”a istinadən xəbər verir ki, yanğın saat təxminən yerli vaxtla gecə saat 01:00–02:30 arasında başlayıb və alov qısa müddətdə 154 illik tarixi kilsəni bürüyüb. Şəhərdə güclü tüstüyə qarşı xəbərdarlıq edilib. Evlərin biri-birinə yapışmış olduğu üçün kilsə ətrafındakı evlərdən sakinlər köçürülüb. Yanğın nəticəsində kilsənin qülləsi tamamilə dağılıb. Yanğınsöndürənlər bildirir ki, bina artıq xilas edilə bilməz. Hadisə ilə bağlı xəsarət və can itkisi barədə rəsmi məlumat hələlik açıqlanmayıb. Yanğının dəqiq səbəbi hələ müəyyənləşdirilməyib və araşdırma davam edir. Vondelkerk 1872 ci ildə inşa edilib və 1977 ci ilə qədər katolik kilsəsi kimi fəaliyyət göstərib.Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.