AZ

2026-cı il üçün idmançılar üçün bu maddələr rəsmən qadağan edildi

BAKI, 1 yanvar. TELEQRAF

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.
Teleqraf AMADA-ya istinadən xəbər verir ki, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə tanış olmaq üçün www.amada.az/doping-nezareti/qadagan-edilmis/ linkinə keçid edə bilərsiniz.

Seçilən
37
23
teleqraf.com

10Mənbələr