AZ

Bu il kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək

Azərbaycanda 2026-cı ildə kişilərin və qadınların pensiya yaşı bərabər olacaq.

Xezerxeber.az xəbər verir ki, bu il iyunun 30-na kimi 64,5 yaşı tamam olacaq qadınlar pensiyaya çıxa biləcəklər.  

İyulun 1-dən isə qadınların pensiya yaşı 65 olacaq. 

Beləliklə, kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək. 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Seçilən
25
48
xezerxeber.az

10Mənbələr