AZ

Mülkiyyətində olan torpaqlarda çalışanlar üçün sosial sığorta haqqı artırılıb

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənsığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqınıntutulma qaydası dəyişdirilib.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədəQanunda öz əksini tapıb.

Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlıtorpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyibməcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) vəailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizminfunksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyənedilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla 15yaşından "Əmək pensiyaları haqqında" Qanununun 7-ci maddəsi iləmüəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hərbiri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindənasılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstəriləndərəcələri üzrə hesablananacaq:

  • 5 hektaradək olduqda – 3 faiz artırılaraq 5 faizmiqdarında;
  • 5 hektardan 10 hektaradək olduqda – 1,5 faizartırılaraq 7,5 faiz miqdarında;
  • 10 hektardan yuxarı olduqda – 2,5 faiz artırılaraq 12,5faiz miqdarında.

"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində bildirilibki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdişəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatınaimkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiyatəminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmişşəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci iliyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dənbaşlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
35
3
az.trend.az

10Mənbələr