Bakı. Trend:
Bu gündən rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV vəaksizə sıfır dərəcə ilə cəlb ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, aksizli malların ixracı və AzərbaycanRespublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarətmağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizlimalların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfırdərəcəsi ilə vergiyə cəlb olunacaq.
Daha əvvəl aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyəcəlb olunurdu.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.