Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Mən səni çox sevirəm"
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo anası Mariya Doloreş Aveyrunu ad günü münasibətilə təbrik edib.
QOL.az xəbər verir ki, Ronaldo sosial şəbəkə hesabında ötən gün 71 yaşı tamam olan anası ilə birgə fotosunu paylaşaraq ona olan sevgisini ifadə edib. Ronaldu paylaşımında bunları yazıb:
"Ad günün mübarək, ana! Hər zaman yanımda olduğun üçün sənə təşəkkür edirəm. Səni çox sevirəm.".
Qeyd edək ki, Kriştiano Ronaldo dəfələrlə müsahibələrində ailəsinin, xüsusilə də anasının onun həyatında və karyerasında çox böyük rol oynadığını vurğulayıb. Futbolçu anasına olan bağlılığı və diqqəti ilə tez-tez ictimaiyyətin rəğbətini qazanır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.