Yeni il yaxınlaşdıqca insanları ən çox düşündürən suallardan biri də budur: qarşıdakı il hansı bürclər üçün daha çətin keçəcək? Astroloqların ümumi şərhlərinə görə, 2026-cı il bir çox insan üçün dəyişikliklər və daxili dönüşlərlə yadda qalacaq. Bəzi bürclər bu dəyişiklikləri fürsətə çevirə bilsə də, digərləri üçün il ciddi sınaqlarla müşayiət oluna bilər.
Publika.az xəbər ki, astroloji baxımdan 2026-cı ildə planetlərin yerləşməsi tələskən qərarları, emosional dalğalanmaları və məsuliyyət yükünün artmasını ön plana çıxarır. Bu proseslər xüsusilə bir neçə bürcə daha sərt təsir göstərəcək.
Qoç bürcü üçün 2026-cı il səbir imtahanı olacaq. Bu bürcdə doğulanlar tez qərar verməyə meylli olduqları üçün xüsusilə iş və maliyyə sahəsində riskli addımlar ata bilərlər. Tələsik verilən qərarlar sonradan problemlər yarada, münasibətlərdə gərginlik formalaşdıra bilər. Qoçlar üçün ilin əsas dərsi dayanıb düşünməkdir.
Xərçəng bürclərini isə daha çox emosional çətinliklər gözləyir. Ailə daxilində köhnə məsələlər yenidən gündəmə gələ, şəxsi münasibətlərdə anlaşılmazlıqlar arta bilər. Keçmişlə hesablaşma Xərçənglər üçün qaçılmaz olacaq. Bu proses psixoloji baxımdan yorucu olsa da, daxili rahatlıq üçün vacib mərhələdir.
Tərəzi bürcü üçün 2026 balansı qorumaq ili olacaq, amma bu heç də asan olmayacaq. Münasibətlərdə seçim etməli olduqları anlar çoxalacaq. Qərarsızlıq və hər kəsi razı salmaq istəyi Tərəziləri çıxılmaz vəziyyətə sala bilər. Bu il Tərəzilər üçün “başqaları nə deyər?” sualından çox “mən nə istəyirəm?” sualı ön plana çıxmalıdır.