Bakı. Trend:
Bu gündən Azərbaycana idxal olunan mobil cihazlar aksizlimalların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavəolunub və hər ədədinə görə 20 manat məbləğindəaksiz vergisi müəyyən edilib, eyni zamanda fiziki şəxslərtərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azadolunmaqla təqvim ili ərzində bir ədəd mobil cihazgətiriləcək.
"Dövlət rüsumu haqqında" Qanunda təklif olunandəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzindəölkəyə gətirilən bir ədəddən artıq istənilən mobilcihaza görə 100 manat məbləğində (hər biri üçün)dövlət rüsumu müəyyən ediləcək.
Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyəgətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulandövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunandövlət rüsumları) tətbiq olunacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.