Rusiyanın Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Zəlzələ Petropavlovsk-Kamçatskidən 208 km aralıda baş verib. Zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.