Bakı. Trend:
Azərbaycan Respublikasında istehsal olunan energetik içkilərüzrə aksiz dərəcələri artırılıb.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, energetik içkilərin hər litrinə 0,2 manatartırılaraq 3,3 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.