AZ

Spirtli içkilərin aksiz dərəcələri artırılıb

Bakı. Trend:

Azərbaycan Respublikasında istehsal olunan alkoqullu içkilərüzrə aksiz dərəcələri artırılacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, içməli spirt (o cümlədən denaturlaşdırılmamışetil spirti), araq (vodka), tündləşdirilmiş içkilər vətündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları,konyak və konyak materiallarının hər litrinə 0,2 manatartırılaraq 5,0 manat, burada nəzərdə tutulmayantündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı9 faizdən çox olmayan) hər litrinə 0,1 manat artırılaraq0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindənqüvvəyə minib.

Seçilən
118
8
az.trend.az

10Mənbələr