Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yanvarın birindən Suriya funtu yeni dizaynda dövriyyəyə buraxılıb.
Yeni pulun nominalı 10-500 funt arasında dəyişir. Pullarda ölkənin kənd təsərrüfatı simvolları – zeytun, taxıl, naringi və Dəməşq qızılgülü əks olunub.
Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra funt ciddi dəyər itirib. Transaksiyaları asanlaşdırmaq üçün yeni valyutada 2 sıfır atılıb.
Pulların harada çap edildiyi barədə məlumat verilmir.(azərtac)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.