AZ

“Mourinyonun Ronaldonu ağlatdığını görmüşəm”

“Real”ın əfsanəsi, hazırda “Milan”da çıxış edən Luka Modriç Madrid klubunda 2012–2013-cü illərdə birlikdə çalışdığı Joze Mourinyo haqqında fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, xorvatiyalı futbolçu portuqaliyalı mütəxəssisin sərt olduğunu bildirib:

“Mourinyo xüsusi insandır. Həm məşqçi, həm də insan kimi. Məni “Real”da görmək istəyən məhz o idi. Mourinyo olmasaydı, mən heç vaxt “Real”a keçə bilməzdim. Təəssüf ki, birlikdə cəmi bir mövsüm işlədik.

Mourinyo, Ançelotti və Alleqri arasında ən sərti kim idi? Mourinyo. Bir dəfə onun soyunub-geyinmə otağında Kriştiano Ronaldonu ağlatdığını görmüşəm. Söhbət hər zaman yüz faizini ortaya qoyan bir futbolçudan gedir. Sadəcə, həmin epizodda o, rəqib müdafiəçini pressinq etməmişdi.

Seçilən
122
2
publika.az

5Mənbələr