AZ

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

2025-ci il Azərbaycan üçün iqtisadi, sosial, siyasi cəhətdən “tarixi dönüş” dövrüdür.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“İlin ikinci yarısından etibarən, dövlət çevrilişi cəhdinin elə beşikdəcə boğulması, Mehdiyev və özünü ana müxalifət elan edən rəzil qruplaşmanın ifşası dövlətimizin bütün təhdidləri aradan qaldırmaq gücünü ortaya qoydu.

Təbii ki, bu prosesdə xüsusi xidmət qurumları, məhkəmələr və digər hüquq mühafizə orqanlarının adı ayrıca çəkilməli, o cümlədən Azərbaycan polisinin rolu xüsusi vurğulanmalıdır. Azərbaycan polisi möhtərəm Prezidentin müəyyən etdiyi direktivləri rəhbər tutmaqla üzərinə düşən vəzifələri bu il də şərəflə yerinə yetirib.

Təsadüfi deyil ki, bütün cəbhələrdə cənab İlham Əliyev tərəfindən sındırılan anti-Azərbaycan dairələr məhz polisi hədəfə almaqla qalanı daxildən fəth etməyə zaman-zaman cəhd göstərirlər. Lakin Azərbaycan polisinin fəaliyyətini yalnız Prezident qiymətləndirə bilər və polisin nüfuzsuzlaşdırılması istiqamətində bütün cəhdlər əbəsdir, fiaskoya məhkumdur”, – B.Məhərrəmov qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
152
globalinfo.az

1Mənbələr