Sosial şəbəkələrdə "Qarabağ"ın son məğlubiyyətini Nəriman Axundzadəyə bağlayırlar.
Sanki məğlubiyyətin səbəbi Nərimandır. Hər şey Nərimanın üzündəndir.
Yağış yağır – Nərimanın üzündən. Qar yağır - Nərimanın üzündən. Bakının tıxacı, onsuz da, Nərimanın üzündəndir. Nərimanın üstündə bir dənə “Ayaks” forması çatışmırdı...
Sportinfo.az xəbər verir ki, bunu türkiyəli məşhur şərhçi Ərtəm Şənər “Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə ilə bağlı yerli azarkeşlərin tənqidi fikirlərinə münasibət bildirərkən deyib.
"Qarabağ"ın məğlubiyyətinə ən çox məyus olan Nərimandır. Hazırda göz yaşlarını içinə axıdır", - şərhçi əlavə edib.
Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Qarabağ" doğma meydanda "Ayaks"a məğlub olub (2:4).
Daha ətraflı videoda baxa bilərsiniz: