AZ

Bunları etmək şans gətirir – Qəribə Yeni il ənənələri

Dünyanın müxtəlif ölkələrində insanlar yeni ilə şans, rifah və xoşbəxtliklə girmək üçün maraqlı ənənələr tətbiq edirlər.

NOCOMMENT.az metbuat.az-a istinadən qəribə Yeni il ənənələrindən bəzilərini təqdim edir:

– İspaniya: 12 üzümlə arzu tutmaq

İspaniyada Yeni il gecəsi saat 00:00-da hər zəng çalınarkən bir üzüm yeyilir. Cəmi 12 üzüm ilin 12 ayını təmsil edir. Ritualı mükəmməl şəkildə yerinə yetirənlər yeni ildə şanslı olacağına inanırlar.

– Danimarka: Boşqabları sındırmaq uğur hesab olunur

Danimarkada insanlar Yeni il gecəsi dostlarının və ailələrinin qapıları qarşısında boşqabları sındırırlar. Qapı qarşısında nə qədər çox sınmış boşqab olarsa, həmin insanın yeni ildə bir o qədər çox dostu olacaq.

– Kolumbiya: Küçədə çamadanla gəzmək

Kolumbiyada yeni ildə çox səyahət etmək istəyənlər Yeni il gecəsi boş çamadanla küçədə gəzirlər. Bu ənənənin yeni ildə uzun səyahətlər və yeni təcrübələr gətirdiyinə inanırlar.

– Filippin: Dairəvi əşyalar şans deməkdir

Filippinlərdə dairəvi formalar sərvəti təmsil edir. Yeni il gecəsində insanlar dairəvi meyvələr yeyir, dairəvi naxışlı paltarlar geyinir və evlərini buna uyğun olaraq bəzəyirlər.

– Yaponiya: Gülüşlə Yeni ilə giriş

Yaponiyada yeni ilə gülüşlə girməyin şans gətirdiyinə inanılır. Yeni il gecəsində insanlar gülməklə pis enerjinin uzaqlaşdırdıqlarını hesab edirlər.

– İtaliya: Köhnə əşyaları pəncərədən atmaq

İtalyanlar köhnə əşyaları pəncərədən atmaqla ötən ilin pis xatirələrini geridə qoyduqlarını hesab edirlər. Yeni ilə “daha yüngül” girmək bu ənənənin əsasını təşkil edir.

Seçilən
32
1
nocomment.az

2Mənbələr