Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı ilə gərginlikdən sonra Yəməndə fəaliyyət göstərən terrorizmə qarşı mübarizə qruplarını ləğv edib. Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada bildirilir ki, Yəməndəki terrorizmə qarşı mübarizə qruplarının missiyaları müvafiq tərəfdaşlarla əlaqələndirilərək onların təhlükəsizliyini təmin etmək məqsədilə dayandırılıb. Açıqlamaya görə, Birləşmiş Ərəb Əmirlikləri qanuni hökuməti dəstəkləmək, beynəlxalq terrorizmə qarşı mübarizə səylərinə töhfə vermək, ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Yəməndəki Ərəb Koalisiyasına dəstək verib.