31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Cəbrayıl şəhərində və Zəngilan rayonunun Ağalı kəndində sərgi-satış yarmarkası keçirilib.
Publika.az xəbər verir ki, yarmarka Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlib.
Yüksək əhvali-ruhiyyə ilə keçən yarmarkalar uşaqların sevdikləri rəngarəng nağıl personajları, canlı şoular və musiqili proqramlarla tamamlanıb.