AZ

İşğaldan azad olunan ərazilərdə Yeni il yarmarkaları fəaliyyətə başlayıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində bayram ovqatlı "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, yarmarka yanvarın 5-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.

Analoji yarmarkalar Cəbrayıl və Zəngilan rayonlarında da təşkil olunub.

Seçilən
20
32
far.az

10Mənbələr