AZ

Güclü külək Bakı və ətraf ərazilərə ciddi ziyan vurduVİDEO

Ötən gecədən başlayan güclü külək Sumqayıtda bir sıra fəsadlara yol açıb.

Xezerxeber.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində küləyin sürətinin artması nəticəsində çoxmənzilli binaların dam örtükləri qoparaq ətraf əraziyə səpələnib.

Yaranmış vəziyyət sakinlər arasında narahatlığa səbəb olub.

Güclü külək elektrik təsərrüfatına da mənfi təsir göstərib. Bir sıra küçə və yaşayış massivlərində elektrik xətləri zədələnib, bəzi ərazilərdə isə enerji təchizatında müvəqqəti fasilələr yaranıb. Eyni zamanda internet əlaqəsində problemlər müşahidə olunub. Qaz xətlərinin də zərər gördüyü bildirilir.

Aidiyyəti qurumlar tərəfindən dəymiş ziyanın miqyası dəqiqləşdirilir, təhlükəli ərazilərdə operativ müdaxilə işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
92
xezerxeber.az

1Mənbələr