AZ

Deputat müəllim kimi fəaliyyətə başladı

Milli Məclisin deputatı Vüqar Bayramov müəllimlik fəaliyyətinə başlayıb. 

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında məlumat verib. 

"Uzun fasilədən sonra, bu tədris ilindən başlayaraq Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət Maliyyəsi” fənnini tədris etməyə başladım. Tədris dili həm ingilis, həm də Azərbaycan olan qruplarda dövlət maliyyəsinin nəzəri və praktik tərəflərini tələbələrə çatdırmağa çalışdım. Tədris zaman qrup müzakirələri, fərdi təqdimatlar, elmi və praktik araşdırmalar kimi daha interaktiv və müasir metodlara üstünlük verdik.
 
Payız semestrini artıq başa vurduq. Qarşıda tələbləri daha ciddi sınaq- imtahan sessiyası gözləyir. Tələbələrin hər birinə imtahanlarda uğurlar arzulayıram. İnanıram ki, insan kapitalının inkişafının prioritet olduğu ölkəmizdə gənc iqtisadçı-tələbələr iqtisadiyyatın inkişafına yaxın gələcəkdə daha yaxından töhvə verəcəklər.
 
Həm tədris imkanını yaratdığına, həm də tədris zamanı bütün lazımi texniki-təşkilati dəstəyə görə BMU-nun rektoru hörmətli Yaqub Piriyevə və dəyərli kollektivinə təşəkkürümü bildirirəm, - deyə millət vəkili yazıb. 

Seçilən
20
11
redaktor.az

10Mənbələr