Dünya futbolunun ən yaşlı peşəkar futbolçusu hesab olunan yaponiyalı hücumçu daha bir rekord müqaviləyə imza atıb.
Fanat.Az xəbər verir ki, 58 yaşlı Kazuyoşi Miura, "Fukuşima Yunayted" klubu ilə yeni sözləşmə imzalayaraq peşəkar karyerasını 41-ci mövsümünə daşıyıb.
Peşəkar futbolçu karyerasına hələ 1986-cı ildə başlayan əfsanəvi hücumçu, yaşının çox olmasına baxmayaraq hələ də yaşıl meydanlarda rəqabət aparmaq əzmindədir. Miuranın bu iradəsi dünya futbol ictimaiyyəti tərəfindən böyük rəğbət və heyrətlə qarşılanır.
Onun yeni komandasında göstərəcəyi performans gənc futbolçular üçün əsl nümunə hesab olunur.