Elə bir durumdayıq ki, ölkənin düşmənləri tərəfindən xaricdən təzyiqlər göstərilir. Təəssüf ki, daxildə də bəzən həmrəylik və dəstək əvəzinə, bəzi mövqe və addımlar zəifləmə və zərərə səbəb olur.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən etiraz aksiyaları barədə danışarkən deyib.
Prezident hazırkı şəraitdə məsuliyyətin üzərinə götürülməsini “son dərəcə çətin və mürəkkəb iş” adlandırıb.