AZ

Sabiq futbolçuya ərəblərdən təklif gəldi

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirə bilər.

Paralel.az xəbər verir ki , 35 yaşlı forvarda Dubay təmsilçisi "Əl-İttifaq"dan təklif gəlib.

Sözügedən klub ölkənin səviyyəcə ikinci divizionunda mübarizə aparır.
 

Qeyd edək ki, ulduz futbolçu sonuncu dəfə yaşıl meydanlara 2024-cü il dekabrın 21-də çıxıb. O, A Seriyası çərçivəsində "Napoli" ilə oyunda "Cenoa"nın heyətində sonradan şans qazanıb.


Xatırladaq ki, Balotelli karyerası ərzində "Milan", "İnter", "Mançester Siti" və "Liverpul" kimi Avropa nəhənglərinin şərəfini qoruyub.

Seçilən
153
33
paralel.az

10Mənbələr