Dünya 2026-cı ilin gəlişinə hazırlaşır.
"Unikal" xəbər verir ki, artıq dünyanın bir nöqtəsində il 2026-ci ildir. Mikroneziyada yerləşən və "Milad Adası" kimi tanınan ada dövləti Kiribati 2026-cı ilə ilk qədəm qoyan ölkə olub. Kiribati yeni ili Bakı vaxtı ilə saat 14:00-da qarşılayıb.
Kiribatidən sonra Samoa, Tonqa və Yeni Zelandiya gəlir. Yeni Zelandiyanın Oklend şəhərində 2026-cı ilin gəlişi atəşfəşanlıqla qeyd olunub.